Henrik Sedin Soçi Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcək
Xokkey üzər İsveçrə millisinin hücumçusu Henrik Sedin Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcəkdir.

Buna səbəb xokkeyçinin zədəli olmasıdır.
H.Sedin Olimpiya Oyunlarında iştirak edə bilmədiyi üçün təəssüfləndiyini bildirmişdir. İdmançı qeyd etmişdir ki, Qış Olimpiya Oyunlarından imtina etmək mənim üçün heç də asan olmamışdır. Bu mötəbər turnirdə iştirak etmək həm mənim üçün, həm də İsveç yığması üçün böyük şans olacaqdı. Lakin mən bu Olimpiya Oyunlarında iştirak etməsəm də, birincilik uğrunda mübarizə aparacaq İsveç yığmasına uğurlar arzulayıram.
H.Sedini İsveç yığmasında kimin əvəzləyəcəyi müəyyənləşməmişdir.

Xəbər 1855 dəfə oxundu.