“Herald Sun Tour” veloyürüşü davam edir
Avstraliyada təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” veloyürüşündə 116 kilometrdən ibarət birinci mərhələ başa çatmışdır.

Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən bu mərhələdə qalib fotofinişlə müəyyənləşmişdir.
Pelotonda olan velosipedçilərdən 38 nəfərin vaxt göstəricisi eyni olmuşdur - 3 saat, 4 dəqiqə, 12 saniyə. Onların arasında “Synergy Baku”nun üzvü, avstraliyalı Patrik Leyn də vardır. Fotofinişə əsasən, ABŞ-ın “Garmin-Sharp” komandasının avstraliyalı üzvü Natan Haas birinci, P.Leyn isə 27-ci olmuşdur.
Komandamızın digər nümayəndəsi, Azərbaycanın U-23 yığmasının üzvü Tural İsgəndərov isə liderlərdən 2 dəqiqə, 26 saniyə geri qalmaqla 44-cü nəticə göstərmişdir.

Xəbər 721 dəfə oxundu.