Emin İmaməliyev “Araz Naxçıvan”da məşqçi kimi çalışacaq
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin İmaməliyevin karyerasını bitirdiyini xəbər vermişdik. Emin bundan sonra son olaraq, çıxış etdiyi “Araz Naxçıvan”da məşqçi kimi çalışacaq. 34 yaşlı yarımmüdafiəçi baş məşqçi Əsgər Abdullayevin köməkçisi təyin edilib. Bu barədə Futbol11.az saytına Eminin özü məlumat verib.

Xəbər 1055 dəfə oxundu.