Boksçular Hollandiyaya yola düşürlər

Oktyabrın 16-da Hollandiyanın Roterdam şəhərində qadınlar arasında Avropa çempionatı start götürəcək. Qitə çempionatında azərbaycanlı idmançılar da qüvvələrini sınayacaqlar.

Avropa çempionatında ölkəmizi Ayzanat Hacıyeva (60 kq), Yelena Vistoropova (69 kq) və Leyla Cavadova (75 kq) təmsil edəcəklər.

Yarışlar oktyabrın 24-nə qədər davam edəcək.

Xəbər 1049 dəfə oxundu.