Ronaldo: "İtaliya A Seriyasının oyunları məni cəlb etmir"
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Tuttomercatoweb.com"a danışan portuqaliyalı futbolçu İtaliya A Seriyasının oyunlarını izləmədiyini etiraf edib:

"Etiraf edirəm ki, İtaliya A Seriyasının oyunlarını izləmirəm. Deyə bilmərəm ki, orada hər şey pisdir, sadəcə A Seriyanın oyunları məni cəlb etmir. Bəli, orada bir sıra istedadlı futbolçular və yaxşı rəqabət var.

Ancaq mənim üçün İngiltərə Premyer Liqası və İspaniya La Liqasından yaxşı çempionat yoxdur. İtaliya millisinə gəlincə onların güclü komanda olduğunu düşünürəm. İtaliya yığması hər zaman dünyanın ən yaxşı komandası olub".

Xəbər 760 dəfə oxundu.