"Mançester Siti"nin futbolçusu "Arsenal"ın hədəfində
"Mançester Siti" klubunun hücumçusu Edin Dzeko mövsümün sonunda komandadan ayrıla bilər.

Bosniyalı futbolçu "Arsenal"ın transfer hədəfinə düşüb.

Hücum xəttində problemlər yaşayan "Arsenal" artıq Dzeko ilə danışıqlara start verib. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə təcrübəli futbolçu yeni mövsümdən "Arsenal"da çıxış edəcək.

Qeyd edək ki, Dzeko ilə "Borussiya" (Dortmund) və "Roma" klubları da yaxından maraqlanır.

Xəbər 987 dəfə oxundu.