"Liverpul"la oyunöncəsi "Arsenal"a şad xəbər
İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində "Liverpul"la qarşılaşacaq "Arsenal" klubu şad xəbərlə sevinib.

Zədədən əziyyət çəkən Cək Uilşır "Liverpul"la oyunda komandasına kömək edə biləcək.

Bu barədə açıqlama verən "Arsenal"ın baş məşqçisi Arsen Venger Uilşırın vacib görüşdə meydana çıxa biləcəyini deyib. Fransız mütəxəssis eyni zamanda yüngül zədəsi olan Mikel Artetanın da "Liverpul"la oyuna tam hazır olduğunu deyib.

Qeyd edək ki, "Liverpul" - "Arsenal" oyunu fevralın 8-də, Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.

Xəbər 810 dəfə oxundu.