İsveç azərbaycanlıları futbol təxribatına qarşı fəaliyyətə başlayıb
İsveçin Östersund şəhərində 2014-cü ilin 2-8 iyun tarixlərində futbol üzrə "dünya çempionatı" keçiriləcək. Sözü gedən şounun bildiyimiz çempionatlardan fərqi isə dünyanın tanımadığı və ya, bir neçə dövlət tərəfindən tanınmış separatçı toplumların birləşərək dünyamızda xəyal etdikləri "dünya"larının idmanda təməl atma mərasimi olmasındadır. Şou xarakterli "çempionat"da Azərbaycanın işğal altındakı torpaqlarındakı qondarma qrumu "Dağlıq-Qarabağ" adıyla "milli komanda" təmsil edəcək.

Uzun illərdir İisveçdə yaşayan əməkdaşımız Mənsur Cəsur iki günlük müzakirə və araşdırmalardan sonra bizi rahatladacaq xəbərləriylə redaksiyamızla əlaqə saxladı:

- Belə bir şounun təşkilatçılıq işləri qismən tamamlanıb. Təxminən 10 komandanın "çempionata" qatılması planlaşdırılır. Minlərlə tərəfdarlarını Östersund şəhərinə toplaya biləcəklərinə də şübhə yoxdur. Hansı xalqın-nə qədər tərəfdarının İsveçə, yəni Östersunda gələcəyinin önəmi yoxdur. Məqsədləri birlik nümaiş etdirmək və düşmənçilik etdikləri ölkələrə birlikdə "diş qıcamaqdır". Hansı xalqın "komanda"sının İsveçə gəlib-gəlməyəcəyi isə ərazi bütövlüyü təhdid altında olan ölkələr və onların diaspora fəaliyyətindən aslıdır. Azərbaycanlıların sayəsində ermənilərin İsveçə gəlib çıxa bilməyəcəyini təxmin etmək olar. Burada təşkili planlaşdırılmış "çempionat"a ermənilərin qatıla bilmələri üçün mütləq vizaya ehtiyyaclaı olacaq ki, İsveç Xarici İşlər Nazirliyi və ermənilərin VİZA əldə etməkdən ötrü müraciət edə biləcəyi "ŞENGEN" dövlətlərinin XİN-inə Qarabağ konfliktini qısa və aydın şəkildə ifadə edən xatırlatmalarla birlikdə etiraz mətnini əlavə etməklə VİZA ala bilmələrini əngəlləyə bilərik.

İkinci bir ehtimal isə "Dağlıq-Qarabağ" adlı "komanda"ya Avropada yaşayan ermənilərin çəlb edilməsi ola bilər. Bu ehtimalda da, Östersund Komunası və aidiyatı digər yerli qrumlarla görüşlər keçirərək "çempionat"a ermənilərin qatılmasını əngəlləmək mümkündür. Belə ki, oyunların keçiriləcəyi meydançalar Komunanın mülküdür və yerli özünü-idarə qrumunun rəsmi Azərbaycan və yerli azərbaycanlıların tələbinə uyğun olmayan qərar çıxara biləcəyi çox kiçik bir ehtimaldır. İsveçdə yaşayan azərbaycanlılara gəlincə, mövzu ilə əlaqədar dərhal Təşkilatlar səviyyəsində müzakirələr başlayıb. Detalların incələnməsi və təxribatın qarşısının alınması metodu bəlli olduqdan sonra görüləcək konkret tədbirlərin birlikdə şahidi olacayıq.

Xadırladırıq ki, təxribat xarakterli "çempionat"a ermənilərdən başqa Oksitaniya (Fransa), Sapmi (Skandinaviya), Darfura (Sudan), Elan Vanina (Böyük Britaniya), Abxaziya və bir neçə digər separatçı qrumlar adından qondarma komandalar qatılacaq.

Xəbər 914 dəfə oxundu.