“Suonsi” baş məşqçi axtarışlarını davam etdirir
Mikael Laudrupu istefaya göndərən “Suonsi” baş məşqçi axtarışlarını davam etdirir. Bu posta namizədlər arasında Dennis Berkamp və Luis Enrikenin olduğu bildirilir. Hollandiyalı mütəxəssis hazırda “Ayaks”da Frank de Burun köməkçilərindən biridir. Onun özünü baş məşqçisi kimi sınamaq fikrinə düşəcəyi ehtimalı böyükdür. Luis Enrike isə hazırda “Selta”nın baş məşqçisidir.

Xəbər 842 dəfə oxundu.