“Təxti Kuboku” Beynəlxalq turniri başlanıldı
Fevralın 6-da İranda sərbəst güləş üzrə “Təxti Kuboku” Beynəlxalq turniri başlamışdır.

Tehrandakı “7 tir” Arenada keçirilən yarışın ilk günündə 57, 65, 74,97 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparırlar.

Turnirin ilk günündə milli komandamızın heyətində Mircəlal Həsənzadə (57 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq) və Roman Bəkirov (97 kq) yarışacaqlar.
On beş ölkədən güləşçilərinin mübarizə apardıqları yarışda milli komandamız məşqçi Nazim Əlicanovun rəhbərliyi altında çıxış edir.

Görüşləri idarə edənlər sırasında Beynəlxalq dərəcəli hakimimiz Xanmirzə Məlikəliyev də vardır.

Xəbər 1048 dəfə oxundu.