“Azəryol” komandası “Fakro” kollektivi ilə qarşılaşıb
Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının çellenc-raund mərhələsinin ilk oyunları keçirilmişdir.

Bakının “Azəryol” komandası səfərdə Polşanın “Fakro” kollektivi ilə qarşılaşmışdır.
Bolqarıstanlı baş hakim Kiril Stoyanovun idarə etdiyi görüş “Fakro”nun 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdır.
Komandalar arasında cavab oyunu fevralın 11-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcəkdir

Xəbər 1106 dəfə oxundu.