"Çempionlar Liqasında klubların sayı artırılmalıdır"
"Barselona"nın vitse-prezidenti Favyer Faus Avropa ölkələri liqalarında klubların sayının azaldılmasını istəyir.

Klub rəsmisi əvəzində Çempionlar Liqasında iştirak edən klubların sayının 32-dən 64-ə yüksəldilməsinin daha yaxşı olacağını deyib:

"Çempionlar Liqasının genişlənməsinin və eyni zamanda ölkə liqalarında klubların sayının azaldılmasını istəyirik. Amma ölkə liqalarının olmamasına qarşıyıq, belə bir şeyi düşünmürük. Bizim tələbimiz sadəcə say baxımındadır".

Qeyd edək ki, "Barselona"nın keçmiş prezidenti Sandro Rosell də bu təklifi irəli sürmüşdü.

Xəbər 726 dəfə oxundu.