Əli Gökdəmir karyerasını Türkiyədə davam etdirəcək
Futbol üzrə Azərbaycan millisinin üzvü Əli Gökdəmir karyerasını Türkiyədə davam etdirəcəkdir.

Almaniyanın “Hannover” komandasının 22 yaşlı futbolçusu Türkiyə Superliqasında oynayan “Elazığspor”da icarə əsasında çıxış edəcəkdir. Razılığa əsasən o, mövsümün sonunadək Türkiyə klubunda oynayacaqdır.
“Elazığspor” hazırda ölkə çempionatının turnir cədvəlində 16 xalla 16-cı pillədədir.

Xəbər 821 dəfə oxundu.