"Şalke" "Arsenal"dan 45,5 milyon avro tələb edir
"Şalke" klubu "Arsenal"ın transfer etmək istədiyi Julian Drakslerin təzminat qiymətini açıqlayıb.

"Şalke" rəhbərliyi Draksler üçün "Arsenal"dan 45,5 milyon avro tələb edib.

"Arsenal"ın baş məşqçisi Arsen Vengerin israrla komandasında görmək istədiyi futbolçunun taleyinə mövsümün sonunda aydınlıq gələcək. Belə ki, "Şalke" rəhbərliyi də klubla 2018-ci ilə qədər müqaviləsi olan gənc futbolçunu komandada saxlamağa çalışır. Lakin "Arsenal" almaniyalı futbolçu üçün tələb olunan məbləği ödəyəcəyi halda, Draksler yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qeyd edək ki, 2011-ci ildən "Şalke"də çıxış edən Draksler keçirdiyi 89 oyunda 14 qola imza atıb.

Xəbər 791 dəfə oxundu.