Dennis Berkamp baş məşqçi ola bilər
Hollandiya millisinin və "Arsenal"ın keçmiş futbolçusu Dennis Berkamp baş məşqçi kimi çalışa bilər.

Mikael Laudrupla yolları ayıran "Suonsi" boş qalmış posta D.Berkampı gətirmək istəyir. Ancaq o, hələlik bu təklifə cavab verməyib.

Qeyd edək ki, D.Berkamp hazırda "Ayaks"ın çalışdırıcı Frank de Boerin köməkçisidir. O, indiyə kimi baş məşqçi olaraq işləməyib.

Xəbər 934 dəfə oxundu.