"Monako"ya Falkaonun yerini doldurmaq üçün gəlmədim"
"Fulhem"dən "Monako"ya transfer olunan Dimitar Berbatov Fransa klubuna keçidi haqda danışıb.

FİFA-nın rəsmi saytına müsahibə verən bolqarıstanlı futbolçu "Monako"ya transferində sabiq komanda yoldaşı Patris Evranın böyük rolu olduğunu bildirib:

"Mançester Yunayted"dəki sabiq komanda yoldaşım Patris Evra daima "Monako"nu tərifləyirdi. Daha sonra "Monako"dan təklif aldıqda niyə də olmasın dedim. Yeni bir macəra axtarırdım. Klubun baş məşqçisi Klaudio Ranyeri də tanış birisidir. Qərarımda onun da rolu oldu. Daha öncə Fransada oynamadım. Ancaq burada yaxşı futbol oynandığını gördüm".

33 yaşlı futbolçu "Monako"ya bir müddət öncə ciddi zədə alan Radamel Falkaonun yerini doldurmaq üçün gəlmədiyini bildirib: "Mən buraya Falkaonun yerini doldurmaq üçün gəlmədim. Hücum mövqeyində və ya hücumçunun arxasında oynaya bilərəm. Məqsədim qol vurmaq və qol vurdurmaqdır. Əsas komandamın qələbə qazanmasıdır".

Xəbər 873 dəfə oxundu.