"Atletiko" "Liverpul"un qapıçısını istəyir
"Atletiko" (Madrid) klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən qapıçı Tibo Kurtuaya əvəzləyici tapıb.

Madrid təmsilçisi "Liverpul"un qolkiperi Pepe Reynaya "elçi" düşüb.

Hazırda icarə əsasında "Napoli"də çıxış edən ispaniyalı qolkiperin gələcək karyerasına mövsümün sonunda aydınlıq gələcək. Əgər müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua "Atletiko"da qalarsa, o zaman "Atletiko" Reynaya ehtiyac duymayacaq. Əks təqdirdə Madrid klubu 31 yaşlı qolkiperin transferi üçün "Liverpul"la danışıqlara başlayacaq.

Qeyd edək ki, Tibo Kurtuanın mövsümün sonunda "Real" (Madrid) klubuna keçəcəyi iddia olunur.

Xəbər 964 dəfə oxundu.