Elvin Mürsəliyev: Əsas hədəfim qarşıdan gələn Avropa çempionatıdır
«İstanbulda keçirilmiş Vəhbi Əmrənin xatirə turnirində yaxşı çıxış etdim. Yarımfinalda zədələnməsəydim, yerli idmançıya da qalib gələcəkdim». Bunu idman.com.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə milli komandanın aparıcı üzvlərindən olan Elvin Mürsəliyev (75 kq) deyib.

Titullu bahadır bildirib ki, indi optimal hazırlıq formasından bir az uzaqdır. Yaxşı olan kimi, uğurların davamı gələcək: «Məşqçilər korpusu sağ olsun, mövsümün əvvəlində 2 yarışda mənə şans verdi. Bunlardan birində etimadı doğruldaraq, bürünc medal qazandım.

Əsas hədəf qarşıdan gələn Avropa çempionatıdır. İnşallah, məşqlərimi yenə səylə davam etdirib, milli komandada əsas heyətə düşməyə çalışacağam. Əsas məqsədim, bu qitə çempionatında da uğurla çıxış etməkdir».

Kamran HACI

Xəbər 1115 dəfə oxundu.