Ebert tibbi müayinədən keçmək üçün Moskvaya getdi
Valyadolidin futbolçusu Patrik Ebert tibbi müayinədən keçmək üçün Moskvadadır.

İspan klubunun prezidenti hələ də 26 yaşlı yarımmüdafiəçini Spartaka satmaq fikrində deyil. O, transfer dəyərinin 1,5 milyon avrodan az olmasını istəmir. Ebert isə son oyunda rəhbərliyə etiraz əlaməti olaraq meydana çıxmayıb.

Bu mövsüm futbolçu La liqada 3 qol vurub və 5 ötürmə edib.

Xəbər 842 dəfə oxundu.