Barselona Rakitiçlə maraqlanır
Sevilyanın yarımmüdafiəçisi İvan Rakitiç Barselonanın maraq dairəsinə düşüb. 25 yaşlı xavbek Xaviyə əvəz kimi göstərilir.

Xatırladaq ki, bir müddət əvvəl Sevilya futbolçu ilə müqaviləni daha yaxşı şərtlərlə uzatmaq istədiyini bildirmişdi.Bu mövsüm Rakitiç primeronun 20 oyununda 10 qol vurub və 8 ötürmə edib.

Xəbər 868 dəfə oxundu.