Xavi: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"
"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez gələcək karyerası haqda danışıb.

İspaniya mətbuatına danışan Xavi karyerasını "Barselona"da başa vurmaq istədiyini bildirib:

"Karyeramı "Barselona"da başa vurmaq istəyirəm. Dünyanın ən yaxşı komandasına bağlı qalmağı düşünürəm. "Barselona"ya sevgim uşaqlıqdan gəlir. Klubun tələblərini yaxşı bilirəm və buna uyğun hərəkət edirəm. Allah mənə karyeramı burada bitirməyi nəsib etsin. Futbolla nə vaxt vidalaşacağıma gəlincə bu, mənim fiziki hazırlığımdan asılı olacaq".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 1998-ci ildən əsas komandanın heyətində çıxış edir.

Xəbər 871 dəfə oxundu.