"Qarabağ" Qəbələyə sabah gedəcək
Topaz Premyer Liqanın 20-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran"la baş tutan oyundan sonra dərhal hazırlıqlara başlayan komanda məşqləri Suraxanı qəsəbə stadionunda keçir.

"Qarabağ"da Rəşad Sadıqov və Nikolas Gelaşvilinin zədəsi davam edir. Adı çəkilən futbolçuların bu oyuna yetişib-yetişməyəcəyi hələlik bəlli deyil.

Artıq sabah "Qarabağ" klubu Qəbələyə yollanacaq. Səhər məşq edib Azərbaycanın şimalına yollanacaq komanda Qəbələdə 1 məşqlə kifayətlənəcək.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu şənbə günü, saat 14:30-da keçiriləcək.

Xəbər 976 dəfə oxundu.