"Real" (Madrid) klubu Pokettinonun işini yaxından izləyir
"Real" (Madrid) klubu "Sauzhempton"un baş məşqçisi Maurisio Pokettinonun işini yaxından izləyir.

41 yaşlı mütəxəssis Madrid təmsilçisinin gələcək baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır.

Belə ki, Karlo Ançelotti istefaya göndəriləcəyi təqdirdə "Real"ın baş məşqçi postuna məhz Pokettino gətiriləcək. Ançelottinin qarşısına bu mövsüm Çempionlar Liqasını qazanmaq kimi vəzifə qoyulub. İtaliyalı mütəxəssis bunu bacarmazsa, istefaya göndəriləcək.

Qeyd edək ki, Pokettinonun çalışdırdığı "Sauzhempton" klubu Premyer Liqada geridə qalan 24 turdan sonra 35 xalla 9-cu pillədə qərarlaşıb.

Əlavə edək ki, "Real"ın gələcək baş məşqçi postuna namizədlər sırasında hazırda Ançelottinin köməkçisi vəzifəsində işləyən Zinəddin Zidan da var.

Xəbər 1025 dəfə oxundu.