"Qalatasaray"ın məşqçisi cəzalandırılacaq
“Qalatasaray” klubunun qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılacaq.

Superliqanın son turunda "Bursaspor"a qarşı (6:0) oyunda öz akkreditasiya kartı əvəzinə digər məşqçilərdən birinin kartından istfadə edən sabiq qapıçı barədə araşdırma başlayıb.

Qeyd edək ki, qaydalara əsasən Taffareli İntizam Komitəsi tərəfindən 8-24 oyunluq cəza gözləyir.

Xəbər 839 dəfə oxundu.