Premyer Liqa klubunun baş məşqçisi qovuldu
İngiltərənin “Suonsi” klubu baş məşqçisi Mikael Laudrupla yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Klubdan verilən açıqlamada bildirilir ki, baş məşqçinin istefaya göndərilməsinin səbəbi onun cari mövsüm uğursuz nəticələrlə yadda qalması olub. Hazırda "Suonsi" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, danimarkalı mütəxəssis 2012-ci ildə “Suonsi”yə baş məşqçi təyin edilmişdi.

Xəbər 845 dəfə oxundu.