"Beşiktaş" klubu ciddi itki ilə üzləşib
Türkiyənin "Beşiktaş" klubu ciddi itki ilə üzləşib. Komandanın aparıcı futbolçusu Huqo Almeyda sıradan çıxıb.

Portuqaliyalı hücumçu məşq zamanı qasığında ağrı hiss etdiyindən hazırlığı sona qədər davam etdirə bilməyib. Komandanın əsas qol silahının nə zaman sıraya qoşulacağı hələlik məlum deyil. Ancaq həkimlərin ilkin müayinəsindən sonra onun ən azı bir oyunu buraxmalı olacağı bildirilib.

Qeyd edək ki, "Beşiktaş" növbəti turda "Qaziantepspor"la qarşılaşacaq.

Xəbər 837 dəfə oxundu.