İstanbul nümayəndəsi klub tarixinin ən yaxşı dərəcəsinə imza atdı
Avropa Klublarının Kros Çempionatında kişilərdən ibarət İstanbul Böyükşəhər Bələdiyəspor komandası Avropa üçüncüsü olub.
      
İdman.com.az saytının məlumatına görə, Portuqaliyanın Albufeira şəhərində 21 komandanın iştirakı ilə keçirilən çempionatda 58 bal yığaraq bürünc medala sahib olan İstanbul nümayəndəsinin klub tarixinin ən yaxşı dərəcəsinə imza atdığı bildirilir.
    
Qeyd edək ki, ispan nümayəndəsi Atletizmo Bikilanın 22 xalla çempion olduğu yarışlarda, Portuqaliya nümayəndəsi Sport Lisboa Benfikan isə 37 xalla 2-ci sırada iştirak edib.


Xəbər 1247 dəfə oxundu.