Yeniyetmə və gənc qızlarımız Krivoy-Roqda yarışacaq
Fevralın 4-5-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.

Yeniyetmə və gənc qızlardan ibarət yığma komanda 2014-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 12 idmançı yer alıb. Yeniyetmələrin yarışında Türkan Nəsirova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq), gənc qızların yarışında isə, Şəfəq Muradzadə, Anna Pavliv (hər ikisi 48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (59 kq), Elmira Qəmbərova (63 kq), Dərya Korin (67 kq) və Raqnetta Qurbanzadə (72 kq) iştirak edəcək.

Xəbər 639 dəfə oxundu.