İdmançılarımız "Təxti Kuboku" beynəlxalq turnirində iştirak edəcək
Fevralın 6-7-də İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.

Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışa 7 pəhləvan yollanıb. Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıb.

Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli referi Xanmirzə Məlikəliyev təmsil edəcək.

Xəbər 871 dəfə oxundu.