“Xəzər-Lənkəran” Elias Ribeiro de Oliveiranı heyətinə cəlb edib
“Xəzər-Lənkəran” futbol komandası braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranı heyətinə cəlb edib.

San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin “Bahia” klubunun yetirməsidir. “Vasko da Qama” və “Fluminense”də az müddət çıxış edəndən sonra Elias 3 il “Atletico Qoainense”nin şərəfini qorumuşdur. Futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Eyn” klubunda qısa legioner həyatı sürdükdən sonra “Fiqeyrense”də çıxış etmişdir. Son iş yeri Braziliya A Seriyasının təmsilçisi “Atletiko Paranaense” olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi “Ponte Preta”nın heyətində keçirmişdir.

Futbolçu ilə “Xəzər-Lənkəran” arasında növbəti mövsümün sonunadək müqavilə imzalanmışdır.

Xəbər 793 dəfə oxundu.