Karateçilərimiz Lissabonda keçiriləcək Avropa çempionatına hazırlaşırlar
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandası fevralın 7-dən 9-dək Lissabonda keçiriləcək Avropa çempionatına hazırlıqlarını etdirir.

Hazırlıq prosesi Əməkdar məşqçilər Şahin Xudaverdiyevin, Anar Allahverdiyevin və idmançı-məşqçi Rafael Ağayevin rəhbərliyi ilə aparılır.

Qitə çempionatına yollanacaq heyət yaxın günlərdə müəyyənləşəcəkdir. Yanvarın ikinci yarısında keçirilmiş “Kharkov Open” turnirində uğurlu çıxış etmiş yığma komandamız Avropa çempionatında da yüksək nəticələr qazanmaq əzmindədir.

Karateçilərimiz Lissabona fevralın 5-də yola düşəcəklər.
Lissabon görüşü yeniyetmə və gənclər arasında 41-ci, 21 yaşadək idmançılar arasında isə 6-cı Avropa çempionatıdır.


Xəbər 915 dəfə oxundu.