Mourinyo: "O, dünyanın ən yaxşı gənc futbolçusudur"
"Bu mövsüm xallar itirdik. "Mançester Siti" ilə matçda inanılmaz oynadıq. Onları bu mövsüm ikinci dəfə məğlub etdik. Amma "Mançester Siti" oynadığımız ən yaxşı komandadır. Böyük matçları sevirik. Bu bizim daha da güclü olmağımıza kömək edir".

Bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Mançester Siti" ilə oyundan (1:0) sonra deyib.

Futbolçusu Edin Hazard haqda da danışan portuqaliyalı mütəxəssis müsbət fikirlər səsləndirib: "Hazarda mütəmadi olaraq daha da yaxşı olmaq məcburiyyətində olduğunu söyləyirəm. O, dünyanın ən yaxşı gənc futbolçusudur".

Xəbər 732 dəfə oxundu.