Xavi: "Braziliya millisindən revanş alacağıq"
İspaniya millisinin yarımmüdafiəçisi Xavi Hernandez Konfederasiyalar kubokunda Braziliya yığmasına məğlubiyyəti xatırladıb.

"Goal.com"a danışan Xavi Braziliya millisindən revanş almaq istədiklərini bildirib:

"Braziliya millisindən revanş almaq istəyirik. Niyə də bu oyun final olmasın?! Dünya çempionatında hər şey ola bilər. Biz asan qrupda qərarlaşmamışıq. Konfederasiyalar kubokunda hər şey əleyhimizə işlədi. Braziliya həmin gün yüksək səviyyədə oynamadı. Düzdür, onların güclü hücumçuları var. Ancaq biz o məğlubiyyətə layiq deyildok".

Qeyd edək ki, İspaniya millisi Konfederasiyalar kubokunun finalında Braziliya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.

Xəbər 837 dəfə oxundu.