"Nyukasl"ın hücumçusu "Rubin"in hədəfində
Rusiyanın "Rubin" (Kazan) klubu transfer çalışmalarını davam etdirir.

Kazan təmsilçisi "Nyukasl"ın hücumçusu Papiss Sisseni transfer etmək istəyir.

Rusiya klubu seneqallı futbolçunun keçidi üçün qarşı tərəfə 10 milyon funt-sterlinq təklif edib. Sisse "Rubin"in təklifini qəbul edəcəyi təqdirdə yeni komandasında ilinə 2 milyon funt qazanacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-ci ildə "Frayburq"dan "Nyukasl"a transfer olunmuşdu.

Xəbər 796 dəfə oxundu.