“2 Fevral Gənclər Günü”nə həsr olunmuş şəhər birinciliyi
25-26 yanvar tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda “2 Fevral Gənclər Günü”nə həsr olunmuş gənc (1994-96) oğlan və qızlar arasında keçirilmiş şəhər birinciliyində oğlanlar arasında Məhəmməd Qədirov (55kq), Mehman Xəlilov (60kq), Cahid Heydərzadə (66kq), Xanbaba Bayramov (73kq), Coşqun Abdullayev (81kq), Eyvaz Nəsibli (90kq), Hüseyn Sətdam (100kq) və Xanoğlan Sadıqov (+100kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızlar arasında isə Çinarə Quliyeva (44kq), Göyçək Əsədova (48kq), Firuzə Rəfiyeva (57kq), Bəsti Səfərova (63kq), Anaxanım Vahabova (70kq) və Səbinə Abdullayeva (78kq) birinci yerə layiq görülüblər.

Xəbər 879 dəfə oxundu.