Ağcabədidə rayon birinciliyi keçirilib
Yanvarın 31-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 2 Fevral Gənclər gününə həsr olunmuş cüdo üzrə uşaqlar arasında rayon turniri keçirilib.

Ağcabədi rayon mərkəzi stadionunda 21 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, cüdo idman növünün inkişaf etdirilməsi olub.

10-12 yaşlılar arasında Bayram Həsənli (24 kq), Ruzi Əliyev (30 kq), Mirşahin Məmmədov (34 kq); 13-14 yaşlılar arasında Həsənağa İbrahimli (34 kq), Elvir Əliyev (46 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 779 dəfə oxundu.