«Rabitə» yarımfinala adladı

Bakının qadın voleybolçulardan ibarət «Rabitə» klubu Qətər paytaxtı Dohada keçirilən klublararası dünya çempionatında bu gün növbəti matçına çıxıb.
İdman.com.az saytı xəbər verir ki, qrup mərhələsi çərçivəsində ilk görüşdə Asiyanın ən güclüsü «Çanq»a (Tailand) 3:1 hesabı ilə qalib gələn paytaxt komandamız, son oyununda Cənubi Amerika çempionu “Sollis Nestle”dən (Braziliya) də üstün olub – 3:2 (25:12, 23:25, 25:18, 23:25, 15:6).

Qeyd edək ki, “Rabitə”nin yarımfinalda rəqibi «A» qrupunun axırıncı matçından – “Vəqfbank Günəş TTelekom” (Türkiyə) və “Kenya Prisons” (Keniya) klublarının görüşündən sonra müəyyənləşəcək.

Xəbər 1539 dəfə oxundu.