Ronaldo 3 oyunluq cəzalandırıla bilər
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletik" (Bilbao) - "Real" (Madrid) matçında (1:1) qonaqların hücumçusu Kriştiano Ronaldonun qırmızı vərəqə alması epizodunu araşdırır.

Portuqaliyalı futbolçu meydanı tərk edərkən ehtiyat hakimin ünvanına təhqiredici ifadələr işlədib.

Matçın baş hakimi Miqel Aysa Qomez də bunu oyunun protokolunda qeyd edib. Bu isə Ronaldonun bir oyunluq deyil daha çox cəza ala biləcəyi ehtimalını artırır. Belə ki, Ronaldonun qırmızı vərəqə alması və hakimi təhqir etdiyi üçün ən azı 3 oyunluq cəzalandırılacağı iddia olunur.

Qeyd edək ki, Ronaldo "Atletik"lə görüşün 73-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.

Xəbər 857 dəfə oxundu.