PSJ-nin ən bahalı transferi sıradan çıxdı
PSJ-nin futbolçusu Edinson Kavani sıradan çıxıb.

Uruqvaylı hücumçu "Bordo" ilə matçın 76-ci dəqiqəsində zədələnərək oyunu tərk etmək məcburiyyətində qalmışdı. Tibbi müayinədən keçən futbolçunun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, Kavani mövsümün əvvəlində PSJ-ə 64 milyon avroya transfer olunmuşdu. Bu, Paris təmsilçisinin klub tarixindəki ən bahalı transferidi.

Xəbər 780 dəfə oxundu.