Xabi Alonso: "Ronaldo belə etməməli idi"
"Real" (Madrid) klubunun futbolçusu Xabi Alonso komanda yoldaşı Kriştiano Ronaldonun "Atletik"lə (Bilbao) görüşdə qırmızı vərəqə ilə cəzalandırılmasına münasibət bildirib.

Təcrübəli yarımmüdafiəçi portuqaliyalı hücumçunun etdiyi hərəkətin düzgün olmadığını deyib:

"Düzdür, rəqib şişirdilmiş forma yerdə yıxıldı. Azarkeşlər də bu hərəkətdən sonra hakimə təzyiq etdilər. Ronaldo belə etməli deyildi. Ancaq yenə də bu hərəkətə qırmızı vərəqə verilməməli idi".

Xəbər 824 dəfə oxundu.