Mourinyo "Mançester Siti"yə “quyu qazdı”
"Çelsi"nin baş məşqçisi Joze Mourinyonun son açıqlaması "Mançester Siti" üçün problem yaradıb.

O, Premyer Liqada "Mançester Siti" ilə oyunöncəsi Manuel Pelleqrinin komandasını işarə edərək deyib: "

Bir tərəfdə UEFA-nın "Maliyyə Fair Play" qaydalarına əməl edən, digər tərəfdə isə təhlükəli işlər görən klub var. Həkim klubun adını çəkmək istəmirəm. Çünki bu, mənim işim deyil, amma idman jurnalisti olsam, bunu araşdıraram. Bunu Mişel Platini və digərləri təhlil etsin. Mən sadəcə gözləyirəm".

Bu açıqlamanın ardından UEFA "Mançester Siti"nin "Maliyyə Fair Play" testindən keçirməyə hazırlaşır. Əgər klubun 2011-2012 və 2012-2013 mövsümündə zərəri 45 milyon avro olduğu təsdiqlənərsə, "Mançester Siti" UEFA-nın təşkil etdiyi turnirlərdən uzaqlaşdırıla bilər.

Xəbər 771 dəfə oxundu.