Ronaldo: "Gələcəkdə Fransada oynaya bilərəm"
"Real"ın futbolçusu Kriştiano Ronaldo gələcəkdə Fransa liqasında oynamaq istəyir.

Bu barədə portuqaliyalı hücumçu "TF1"ə qarşıdakı planlarından haqda danışarkən deyib:

"Bir gün Fransada yaşaya və orada oynaya bilərəm. Fransızlar portuqaliyalılara çox yaxşı davranır. İndi deyə biləcəyim tək şey fransız azarkeşlərin məni dəstəkləməyə davam etməsidir. Madrid klubu ilə 33 yaşıma qədər müqaviləm var. Burada özümü rahat hiss edirəm".

Xəbər 759 dəfə oxundu.