Marat İzmaylov: Futbol üçün çox darıxmışam
Portuqaliya «Portu»sundan icarə əsasında «Qəbələ»yə gəlmiş rusiyalı Marat İzmaylov «sports.ru»ya müsahibə verib. İdman.com.az saytı «qara-qırmızılar»ın ön xətt oyunçusunun açıqlamasında maraqlı məqamları təqdim edir:

- «Qəbələ» ilə müqavilənizin şərtləri necədir?

- Razılaşmanın şərtlərinə elə də diqqət etməmişəm. Agentimin sözünə və klublardan deyilənlərə əsasən, mövsümün sonuna qədər «Qəbələ»də olacağam. Futbol üçün çox darıxmışam və oynamaq üçün mənə şans verən hər kəsə təşəkkürümü bildirirəm.

- Bəs sonra?

- «Portu» ilə 2015-ci ilin yayına qədər müqaviləm var. Tam hazır vəziyyətdə - yüksək səviyyəmi qorumaq, komandaya nətiəcələr əldə etmək, uğurlar qazanmasında köməkçi olmaq üçün ora qayıtmaq istəyim həddən artıq çoxdur. Bu ən əsas hədəfdir.

- Rusiya yığmasına qayıda biləcəksinizmi?

- İndi bu, uzaq bir xəyaldır. Yığmaya qədər heç də asan olmayan oyunların sınağından keçməliyəm. Hər şey özümdən asılıdır. «Qəbələ»də, sonra «Portu»da daim oyun təcrübəm olsa, milli komandanın formasını geüinmək imkanım yarana bilər. Buna inanıram.

Xəbər 875 dəfə oxundu.