Bakıdakı uğursuzluğa görə Ermənistan yığmasının baş məşqçisi qovuldu

Bakıda keçirimiş boks üzrə dünya çempionatında uğursuz çıxış edərək yalnız bir lisenziya qazanan Ermənistan milli komandasında dəyişiklik olub. Belə ki, Ermənistan Boks Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi Rafik Meqrabyan istefaya göndərilib. Mətbuat üçün açıqlamada deyilir ki, komanda Bakıya getməzdən öncə boksçuların qarşısına minimum 3 lisenziya qazanmaq tapşırığı qoyulmuşdu. Dünya çempionatında isə cəmi 1 idmançı London Olimpiadasına vəsiqə əldə etdi. İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi postuna Karen Ağamalyan təyin olunub. Bakıya 8 boksçu gətirmiş ermənilər mükafatçılar sırasına düşə bilmədilər.

Xəbər 1137 dəfə oxundu.