Yunanıstan millisinin hücumçusu "Fulhem"də
"Olimpiakos"un futbolçusu Kostas Mitroğlu "Fulhem"lə razılığa gəlib.

Premyer Liqa təmsilçisi bu transfer üçün qarşı tərəfə 12.5 milyon avro ödəyəcək.

Bununla da, klub hücum xəttindəki problemini aradan qaldıracaq.

Qeyd edək ki, Yunanıstan millisinin üzvü bu mövsüm keçirdiyi 19 matçda iştirak edib və 17 qol vurub.

Xəbər 949 dəfə oxundu.