Həmyerlimiz İsveçrə şahmatçılarından güclü oldu

İsveçrənin Cenevrə şəhərində şahmat üzrə 18-ci məktəblərarası çempionat keçirilib. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən idman.com.az saytına verilən məlumata görə, yarışda bu ölkənin bölgələrindən 160-a yaxın şagird iştirak edib.
Turnir İsveçrə sistemi üzrə 10 dəqiqə vaxt məhdudiyyəti ilə 7 partiyadan ibarət olub. Birinciliyin qalibi adını hazırda İsveçrədə yaşayan həmyerlimiz Kamran Əsədov qazanıb.

Xəbər 1253 dəfə oxundu.