"Milan"da yeni futbolçu
"Milan" heyətinə daha bir futbolçunu cəlb edib.

İtaliya təmsilçisi "Kuinz Park Reyndqers"in oyunçunu Adel Taarabatı altı aylıq icarəyə götürüb. Onun bu gün tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, "Milan" mövsümün sonunda 7 milyon avro verəcəyi təqdirdə, Taarabatı birdəfəlik almış olacaq.

Xəbər 811 dəfə oxundu.