"Bir möcüzə gözləyirəm"
Son 4 ilin Formula 1 çempionu Sebastian Vettel süni komada olan Michael Schumacher barəsində danışıb.

İdman.com.az saytının məlumatına görə, almaniyalı pilot idmançının tez bir zamanda sağalmasını istəyir.

Son illərdə Formula 1 əfsanəsi Schumacherin bayrağını götürən Sebastian Vettel talismanı olaraq gördüyü vətəndaşının bir an əvvəl sağlamlığına qovuşması üçün artıq bir " Möcüzə" gözləyir.

"Schumacherin vəziyyətindəki naməlumluq ən çox ailəsini və yaxın yoldaşlarını üzür. Oyandığında köhnəsi qədər sağlam olub olmayacağını hələ bilmirik. O, ilk gündən bəri mənim üçün ideal olub. Ümid edirəm ki, bir möcüzə baş verəcək və o, xəstə yatağından köhnəsi kimi sağlam biri olaraq qalxacaq."

Vettel həmçinin Schumacherin vəziyyətindəki son vəziyyətlə bağlı medianın öyrənmək üçün davamlı ailəyə və həkimlərə təzyiqinin onlara mənfi təsir etdiyini diqqətə çəkib. Çempion pilot son günlərdə bu basqının bir az azaldığını, ancaq yenə də medianın daha həssas olmasının lazım olduğunu ifadə edib.

Qeyd edək ki, yarış sırasında düşərək başı qayaya çırpılan Michael Schumacher bir aydır ki, süni komadadır. Vəziyyətində hələ bir dəyişiklik olmayan idmançının həyat mübarizəsi davam edir.


Aynurə Pənahqızı

Xəbər 829 dəfə oxundu.