Lam: "Bavariya"nı bütün komandalar məğlub etmək istəyir"
"Bavariya" klubunun kapitanı Filip Lam Bundesliqanın 17-ci turundan təxirə salınmış oyunu "Ştuttqart"la görüşdən (2:1) sonra maraqlı açıqlamalar verib.

Almaniyalı futbolçu bütün rəqiblərin "Bavariya"nı məğlub etmək istədiklərini deyib:

"İlk hissədə topa daha çox nəzarət edirdik. Lakin qol vura bilmədik. Əvəzində qapımızda top gördük. Rəqib yaxşı oynadı. Onlar ağıllı müdafiə olunur və bizə boş sahə verməməyə çalışırdılar. Fasilədən sonra daha yaxşı oynadıq və qələbə qazandıq. Ümumiyyətlə bütün komandalar bizi məğlub etmək istəyir".

Qeyd edək ki, bu qələbə sayəsində xalını 50-yə yüksəldən "Bavariya" liderliyini bir qədər möhkəmlədib.

Xəbər 809 dəfə oxundu.