“Hədəfim “Qızıl top”dur”
"Çelsi"nin futbolçusu Edin Hazardın ardından "Real"ın oyunçusu Xese Rodriqes də iddialı açıqlama verib.

20 yaşlı hücumçu hədəfinin qarşıdakı dörd il ərzində "Qızıl top"u qazanmaq olduğunu deyib: "Bu mövsüm üç qol vurmuşam.

Mövsüm başa çatana qədər bu rəqəmi 10-ə yüksəltməliyəm. Şanslarımdan yaxşı mənada istifadə edəcəm. Özümə güvənirəm. Dörd il ərzində "Qızıl top"u qazanmaq istəyirəm".

Qeyd edək ki, X.Rodriqes dünən İspaniya kubokunda "Espanyol"la matçda komandasının yeganə qolunu vurub.

Xəbər 974 dəfə oxundu.